Sakinlərimizin gediş-gəlişini asanlaşdırmaq və xüsusilə sərt qış aylarında dağlıq ərazilərdə yaranan nəqliyyat çətinliklərini aradan qaldırmaq məqsədilə Pirzəkucə kəndində məhəllə yolunda təmir-bərpa işləri həyata keçirilmişdir.
Beləki görülən işlər nəticəsində yolun hərəkət hissəsinə çınqıl qatı döşənərək xüsusi texnika vasitəsilə hamarlanmış və bərkidilmişdir.
Yağış sularının kənarlaşdırılması üçün su ötürücü dəmir boru yerləşdirilmişdir və
boru quraşdırılan hissədə yolun səviyyəsi 70 sm-yə qədər yüksəldilmişdir
Görülən bu profilaktik tədbirlər sayəsində yolun qış mövsümündə keçid imkanları artırılmış, sakinlər üçün maneəsiz hərəkət təmin olunmuşdur.
Məqsədimiz hər bir vətəndaşımızın rahatlığını təmin etməkdir.