YERLİ İNKİŞAF ÜÇÜNLAYİHƏLƏR VƏ TƏŞƏBBÜSLƏR
01 / YANAŞMAMIZ
Hər layihənin mərkəzində sakin var.
Layihələrin məqsədi yerli ehtiyacları müəyyənləşdirmək, mümkün həlləri planlaşdırmaq və görülən işlər barədə ictimaiyyəti məlumatlandırmaqdır.
01Yerli ehtiyacların
müəyyənləşdirilməsi
02Plan və prioritetlərin
hazırlanması
03İctimai məlumatlandırma
və hesabatlılıq
02 / LAYİHƏ PORTFELİ
Layihələr və təşəbbüslər
İstiqamət üzrə seçin, layihənin məqsədi və nəzərdə tutulan işlərlə tanış olun.
17 Oktyabr 2026
Şəhidlərin xatirəsinə ehtiram olaraq Pirzəküçə kəndindəki Şəhidlər Xiyabanında 120 metr elektrik kabeli çəkilib, işıqlandırma sistemləri və mərkəzi idarəetmə bloku tamamilə yenilənib.
Layihə haqqında
↗
16 Oktyabr 2026
Ziyarətgaha gələnlərin hava şəraitindən mühafizə olunması və rahatlığı üçün bələdiyyə tərəfindən Pirzəküçə qəbiristanlığında yeni talvar quraşdırılaraq istifadəyə verilib.
Layihə haqqında
↗
24 Sentyabr 2026
Sakinlərin müraciəti əsasında Hıramo qəbiristanlığının ətrafında beton bünövrə tökülərək 196 metr uzunluğunda dəmir tordan hasar çəkilib və ərazi abadlaşdırılıb.
Layihə haqqında
↗
13 İyun 2026
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yaşadığı binanın sakinlərin müraciəti əsasında həyətdə müasir kölgəlik (bisetka) quraşdırılaraq istifadəyə verilib.
Layihə haqqında
↗
12 May 2026
Sakinlərin gediş-gəlişini rahatlaşdırmaq məqsədilə Pirzəküçə kəndində yola çınqıl döşənərək hamarlanıb və suötürücü boru quraşdırılmaqla yolun keçid imkanları artırılıb.
Layihə haqqında
↗
18 Aprel 2026
Dini ayinlərin daha rahat və səliqəli şəkildə yerinə yetirilməsi üçün bələdiyyə ərazisindəki cənazənin yuyulma yeri əsaslı təmir olunaraq istifadəyə verilib.
Layihə haqqında
↗
30 Dekabr 2025
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə aztəminatlı ailələrlə görüş keçirilib və onlara bayram sovqatları təqdim edilib.
Layihə haqqında
↗
29 Dekabr 2025
Sakinlərin müraciətinə əsasən 48 mənzilli yaşayış binasının həyətində işıqlandırma işləri aparılıb və ərazidə təhlükəsizlik təmin olunub.
Layihə haqqında
↗
5 Noyabr 2025
Lerik Bələdiyyəsi tərəfindən Zəfər Günü münasibətilə kəndlərdəki sosial qayğıya ehtiyacı olan ailələrə bayram sovqatları təqdim edilib.
Layihə haqqında
↗
Bu kateqoriyada hələ layihə göstərilmir.
03 / AÇIQ MƏLUMAT
İşlər barədə məlumatlı olun.
Rayon ərazisində həyata keçirilən və planlaşdırılan layihələr yerli infrastrukturun inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına və sosial rifahın yüksəldilməsinə xidmət edir. Layihələrin icra vəziyyəti və əldə olunan nəticələr barədə məlumatlar müvafiq qaydada yenilənir.
Bələdiyyə ilə əlaqə ↗