Dini-mənəvi dəyərlərimizə, əcdadlarımızın uyuduğu müqəddəs məkanlara sahib çıxmaq hər birimizin mənəvi borcudur.
Sakinlərimizin müraciətlərini və ərazinin ehtiyaclarını nəzərə alaraq növbəti vacib layihəni uğurla başa çatdırdıq.
Hıramo qəbiristanlığında həyata keçirilən abadlıq və hasarlama işləri çərçivəsində:
Ərazi boyu keyfiyyətli beton bünövrə tökülmüşdür.
Beton özülün üzərində profil dirəklər bərkidilərək ümumi uzunluğu 196 metr olan dəmir tordan hasar çəkilmişdir.
Görülən bu işlər qəbiristanlıq ərazisinin xarici təsirlərdən qorunması, səliqəli və nizamlı görünməsi üçün mühüm addımdır.
Vətəndaşlarımızın rahatlığı və dəyərlərimizin qorunması istiqamətində gördüyümüz işlər bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.