Pirzəküçə kənd qəbiristanlığında ziyarətçilər üçün yeni talvar quraşdırılıb

Ziyarətgaha gələnlərin hava şəraitindən mühafizə olunması və rahatlığı üçün bələdiyyə tərəfindən Pirzəküçə qəbiristanlığında yeni talvar quraşdırılaraq istifadəyə verilib.

Məlumat

Bələdiyyəmizin fəaliyyətində hər zaman sakinlərimizin ehtiyaclarını və mənəvi dəyərlərimizi ön planda tuturuq.Pirzəkücə kəndinin müqəddəs ziyarətgahı sayılan Pirzəkucə qəbristanlığında ziyarətçilərin hava şəraitindən (yağış, günəş) daldalanması, rahat şəkildə dualarını edə bilmələri üçün bələdiyyəmiz tərəfindən yeni talvar quraşdırılmışdır.

Bu layihənin ərsəyə gəlməsində yaxından iştirak edən bələdiyyə üzvü Mətləb Məhərrəmova və əməyi keçən hər bir kəsə təşəkkürümüzü bildiririk.

​Dünyasını dəyişmiş bütün həmkəndlilərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyirik.

Etdiyimiz hər bir abadlıq işi onların əziz xatirəsinə ehtiramımızın göstəricisidir.

← Bütün layihələrə qayıt Çap et / PDF saxla