8 Noyabr – Zəfər Günü münasibətilə Lerikdə aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb

Lerik Bələdiyyəsi tərəfindən Zəfər Günü münasibətilə kəndlərdəki sosial qayğıya ehtiyacı olan ailələrə bayram sovqatları təqdim edilib.

Məlumat

8 Noyabr – Zəfər Günü münasibətilə Lerik Bələdiyyəsi tərəfindən aztəminatlı ailələrə sosial dəstək məqsədilə ərzaq yardımı aksiyası həyata keçirilmişdir.

Aksiyanın əsas məqsədi xalqımızın qürur və zəfər günündə sosial qayğıya ehtiyacı olan ailələrə diqqət və qayğının göstərilməsi, həmrəylik və paylaşma ənənələrinin daha da möhkəmləndirilməsidir.

Bu münasibətlə təşkil olunan tədbirdə bələdiyyə ərazisində olan kəndlərdə ailələrə əsas ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilmiş, onların bayramı təbrik olunmuşdur.

Lerik Bələdiyyəsi gələcəkdə də sosial yönümlü layihələr həyata keçirməklə, aztəminatlı və həssas təbəqədən olan ailələrə dəstək göstərməyi davam etdirəcəkdir.

1 / 5
← Bütün layihələrə qayıt Çap et / PDF saxla