Şəhidlərimizin əziz xatirəsinə ehtiramın və diqqətin göstəricisi olaraq, Pirzəkucə kəndində yerləşən Şəhidlər Xiyabanı ərazisində bərpa və yenidənqurma işləri həyata keçirilmişdir.
Həyata keçirilmiş işlər:
Əraziyə 120 metrə yaxın yeni elektrik kabeli çəkilərək xiyabanın bütün elektrik xətti tamamilə yenidən qurulmuşdur.
Mövcud plafonlar və işıqlandırma lampaları yeniləri ilə əvəz olunmuş, abidə kompleksi və şəhidlərimizin fotosu olan lövhələr gecə saatlarında tam və parlaq işıqlandırma ilə təmin edilmişdir.
Sistem təhlükəsizliyini və sabit fəaliyyətini təmin etmək üçün mərkəzi elektrik idarəetmə bloku dəyişdirilmişdir.
Aparılan yenidənqurma işləri nəticəsində Pirzəkucə kəndindəki Şəhidlər Xiyabanının işıqlandırma və elektrik təsərrüfatı tam müasirləşdirilmiş, gecə görüntüsü səliqəli və nümunəvi vəziyyətə gətirilmişdir.